BBC News, Azərbaycanca - Xəbərlər
Top stories
İlham Əliyev sərhədlərin bağlı qalması barədə: "Təkcə kovidə görə deyil"
Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
Astaralı qız: "Bizə baxıb gülürlər. Utanırıq"
Astaranın Səlivə kəndində hər il onlarla məktəbli təhsil almaq üçün qonşu kəndə gedir.
“Toplum TV işi": Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti geri götürülüb
Toplum TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti müdafiə tərəfi geri götürüb, vəkili BBC-yə deyib. Onun vəkili Aqil Layıcın sözlərinə görə, çərşənbə günü Bakının Xətai rayon Məhkəməsində istintaq orqanı Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi və ya müalicə olunmasına kömək edəcəyi ilə bağlı "şifahi söz verib".
Azərbaycanın Ermənistandan geri istədiyi 4 kənd barədə nə bilirik?
Bu gün Azərbaycan və Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəkləri quraşdırılıb. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
ABŞ-da Azərbaycana sanksiyalar “istənilir”
Bu həftə ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi iddia edilir. Azərbaycan hökuməti iddia edilən qanun layihəsiylə bağlı şərh verməyib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
Bu gün tanınmış iqtisadçı və hakimiyyət tənqidçisi Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, vəkili Bəhruz Bayramov bildirib. Yaxınları onun səhhətinin pisləşdiyini bildirmişdilər.
Rusiya-Ukrayna müharibəsi: ABŞ-ın Ukraynaya yeni hərbi yardımı cəbhədə vəziyyəti dəyişə bilər
ABŞ 6 aydan sonra yenidən Ukraynaya hərbi yardım edəcək. Bunu bazar günü rəsmi Washington açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqlədiyi üçün ABŞ Nümayəndələr Palatasına təşəkkür edib.
"Abzas Media işi": Daha bir sayt rəhbəri saxlanılıb
Bu gün Bakının Xətai rayon məhkəməsində meclis.info saytının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib, yaxınları BBC-yə deyib.
İran-İsrail qarşıdurması: İran İsrailin hücumunu təkzib edir
İki ABŞ rəsmisi Amerikanın CBS kanalına İsrail raketinin İranı vurduğunu deyib. ABŞ mediası yazıb ki, İsrail bununla bağlı Washington-a öncədən xəbərdarlıq edib. İran raket hücumunu təkzib edir.
İsrail-İran hücumları: bundan sonra nə olacaq? - BBC təhlili
İsrail İranın hücumuna necə cavab verə bilər? BBC müxbirləri hadisələrin gedişatını təhlil ediblər.
Rusiya sülhməramlılarını Qarabağdan çıxarır
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı “qərar qəbul edib”.
Fransa Azərbaycandakı səfirini geri çağırıb: iki ölkə arasında nə baş verir? – 6 suala cavabda
Fransa Azərbaycandakı səfirni geri çağırıb. Azərbaycan və Fransa arasında mnasibətlər son aylarda gərginləşib. Səbəblər barədə bu yazıda oxuyun.
Təhlil
Video və audio
Dərgi
Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur
Sovet rəsmiləri tərəfindən rədd edilmiş, homoseksuallığa görə həbsə atılmış, qeyri-adi şedevr filmlərin dahisi, gözəl kinorejissor Sergey Paracanov 100 il əvvəl Tbilisidə anadan olub.
Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. BBC Azərbaycanca COP29 tədbiri nədir, necə keçirilir, kimlər qatılır, Bakıda qonaqlar üçün yer varmı kimi suallara cavab tapmağa çalışıb.
Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri
Ruben Vardanyan Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi. O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir.
Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda
“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur", - həkimlər bildirir.
Azərbaycanda hansı peyvəndlər istifadə edilir? Peyvənd nədir? 12 izah
Bu yazıda qızılca, vərəm, meningit, polio, göyöskürək və digər xəstəliklərə qarşı peyvəndlər barədə məlumat ala bilərsiniz.
Bunları da oxuyun
Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir?
Azərbaycanda dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir, heç siyasi partiya sədrləri arasında da qadınlar yoxdur. BBC Azərbaycanca bunun səbəblərini araşdırıb.
Azərbaycanda həbsdəki jurnalistlərin ana və bacılarının təqaüd hesablarına niyə həbs qoyulub?
“AbzasMedia” və “Kanal13” işi üzrə həbs olunmuş jurnalistlərin bəzilərinin bütün ailə üzvlərinin hesablarına qoyulan həbslər qalmaqda davam edir. Ailələr “vəziyyətin gündən-günə çətinləşdiyini" bildirirlər. Hüquq müdafiəçiləri bunu "qisasçılıq", siyasi psixoloqlar isə "xof yaratmaq üçün mesaj" adlandırır. Ombudsman Aparatı BBC-yə məsələnin araşdırıldığını bildirib.
Ermənistan Rusiyadan nə qədər asılıdır?
Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışındadır. Ermənistan Qərblə əlaqələri daha da yaxşılaşdırmaq niyyətini gizlətməsə də, ölkənin bir çox sahəsi Rusiyadan asılıdır.
Azərbaycanda ərzaq inflyasiyası: Yemək hazırlanma xərcləri nə qədər artıb?
Azərbaycanda son illərdə ərzaq qiymətləri ardıcıl olaraq bahalaşıb, ərzaq inflyasiyası ötən il 21 faizə çatıb. Bəs, bu artım mətbəxə necə təsir edir? BBC News Azərbaycanca Azərbaycanda bəzi ənənəvi xörəklərin inqridiyentlərinin qiymətlərini hesablayıb və onun maya dəyərini əvvəlki illərlə müqayisə edib.